“Aşıq Qərib” baleti təqdim ediləcək

“Aşıq Qərib” baleti təqdim ediləcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” baleti təqdim ediləcək. Tamaşa yanvarın 27-də teatrsevərlərə təqdim ediləcək.

SİA-nın məlumatına görə, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir. Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

Baletmeysteri Xalq artisti Qəmər Almaszadə olan balet Əməkdar artist İsmayıl Ələkbərov tərəfindən idarə olunacaq.

Rollarda Əməkdar artist Səbuhi İbayev, Rəvanə Qurbanova, Cahangir Qurbanov, Afaq Ağayeva, Taleh Yahyayev, Nəzər Bəylərov və Vüqar Əliyev ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə