Tanınmış aşıq rəhmətə getdi VİDEO

Tanınmış aşıq rəhmətə getdi VİDEO

Tanınmış ustad Aşıq Yanvar Şirvanlı (Bədəlov) səhər saatlarında rəhmətə gedib. SİA-nın məlumatına görə, aşığın sənət dostları mərhuma Allahdan rəhmət diləyərək, ailəsinə baş sağlığı veriblər.

Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən dərs alıb. Orta təhsilini başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə