Nura Suri Milli Qəhrəmanımızı yad etdi

Nura Suri Milli Qəhrəmanımızı yad etdi
Məşhur müğənni Nura Suri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında mahnı oxuyub. Nuranın SİA-ya verdiyi məlumata görə, mahnının musiqisi bəstəkar Gövhər Həsənzadəyə, sözləri isə Cəlal Qurbanova məxsusdur. "Dön artıq" mahnısı radio dalğalarında səslənir: "Çoxdandır ki, vətənpərvərlik mövzusunda mahnı oxumaq istəyirdim. Bizim Milli Qəhrəmanlarımızı yad etmək isə hər kəsin borcudur".

Müəlliflər bildirirlər ki, bu mahnını Mübariz İbrahimovun xatirəsinə olan böyük ehtiramdan dolayı araya-ərsəyə gətirmək qərarına gəliblər.

Qeyd edək ki, sözügedən mahnıya yaxın vaxtlarda klip çəkilməsi də planlaşdırılıb. Klipdə milli qəhrəmanımız Mübariz İbrahimovun döyüş səhnələri ilə yanaşı, bədii səhnələrdə yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə