ATMU tələbələri İsrailin nüfuzlu otellərində peşəkar vərdişlərə yiyələnəcəklər
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və İsrail Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliyinin əməkdaşları arasında görüş keçirilib. Mətbuat xidmətindən SİA verilən məlumata görə, Universitetdə təşkil olunan görüşdə başlıca məqsəd ali təhsil müəssisəsi ilə İsrailin turizm təşkilatları arasında mövcud əlaqələri gücləndirməklə bərabər, inkişafa nailolmaya dair fikir mübadiləsi aparmaq olub.
Qeyd edilib ki, 2008/2009-cu tədris ilindən indiyədək ATMU tələbələrindən 238 nəfəri İsrail Respublikasının müxtəlif şəhərlərində fəaliyyət göstərən nüfuzlu otellərdə və turizm iaşə obyektlərində keçirdikləri istehsalat təcrübəsini uğurla başa vurublar. Elə bu səbəbdən qarşıdakı tədris ilində də tələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB