Məşhur aktyor dünyasını dəyişdi

Amerikalı aktyor Skott Uilson 76 yaşında dünyasını dəyişib. SİA "TMZ"yə istinadən xəbər verir ki, "Gəzən ölülər" serialında Herşel Qrin obrazı ilə tanınan aktyor Los-Ancelesdəki evində keçinib. Uilsonun ölümünə səbəb leykoz xəstəliyi olub.

Qeyd edək ki, Skott Uilson 50-dən çox film və serialda çəkilib. "Qızıl qlobus" mükafatının sahibidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə