Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Əlilliyi olan şəxslər də cəmiyyətin bir fərdidir" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət işçiləri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, əlil uşaqlar, onların valideyinləri, məktəblilər iştirak ediblər. .
Tədbiri Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun qüvvəyə minməsi ilə əlaqədar, müvafiq maddələrlə tədbir iştirakçılarını tanış edib. Qeyd edib ki, tədbirlər planına uyğun olaraq belə tədbirlər silsilə şəklində davam edəcək. Sonra dövlətin əlillərə göstərdiyi qayğıdan söz açıb. Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Aynur xanım da öz fəalliyyətləri, əlil uşaqlarla necə qayğı ilə işlədikləri barədə məlumat verib.
Tədbirin sonunda Mərkəzin əməkdaşı Vəliyeva Həcərxanım "Əlillik arzulara əngəl deyil" adlı özünün hazırladığı slaydı tədbir iştirakçılarına təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB