Yaranmasının 50-ci ildönümünə qədəm qoyan Sumqayıt Dövlət Dram Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vurub bütün heyətlə işə başlayıb. SİA-nın məlumatına görə, bununla bağlı teatrda keçirilən toplantıda teatrın direktoru Əməkdar Artist Mübariz Həmidov 50-ci yubiley mövsümü münasibəti ilə kollektivi təbrik edərək, yeni teatr mövsümündə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə kollektivə ətraflı məlumat verib: “Bu ilki mövsüm bizim teatr və şəhərimiz üçün xüsusi önəm daşıyır. Bilirsiniz ki, ölkə başçımız Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Bu gündən etibarən biz kollektivlə birgə oktyabr ayında keçirəcəyimiz yubiley tədbirinin keçirilməsinin hazırlıq işlərinə başlayırıq. Şübhəsiz ki, Azərbaycan Milli Peşəkar Teatrının ayrılmış qolu olan Sumqayıt Dövlət Dram Tearının yubileyi şəhərimizin adına və teatrımızın şanlı yaxın keçmişinə layiq olmalıdır. Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarıməsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”.
Daha sonra teatrın rəhbəri daxili nizam-intizama riayət edilməsini xüsusilə qeyd edib, hazırlanan tamaşalar barədə məlumat verərək kollektivə yeni mövsümdə sənət uğurları arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB