Azərbaycan “Beynəlxalq Fotoşəkil Müsabiqəsi”ndə təmsil olunacaq
Türkiyənin Nevşəhər bələdiyyəsinin təşkilatçılığı ilə həmin şəhərdə keçiriləcək "Beynəlxalq Fotoşəkil Müsabiqəsi"ndə 20 ölkə, o cümlədən Azərbaycan təmsil olunacaqdır.
SİA-nın xəbərinə görə, tədbirin məqsədi müsabiqə vasitəsi ilə foto sənətinin inkişaf etdirilməsi, bu sahədə çalışanları dəstəkləmək və xüsusi sənət dəyəri kəsb edən əsərlərin ortaya çıxmasına nail olmaqdır.
Dekabrın 4-də, 20 ölkədən 215 həvəskar və peşəkar fotoqraf, o cümlədən Azərbaycan fotoqraflarının sənət işlərini 5 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir.
Dekabrın 18-də Kapadokya Mədəniyyət və Sənət Mərkəzindəki mərasimdə müsabiqədə birinci, ikinci və üçüncü yer tutmuş fotoqraflara mükafatlar təqdim ediləcəkdir. Müsabiqədə seçiləcək 50 əsər bu sənət mərkəzində nümayiş olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB