Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 70 illik yubileyi münasibətilə muzeydə beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans "Azərbaycan xalqının milli özünü təsdiqində ədəbiyyat və mədəniyyətin yeri" mövzusunda baş tutub.
Məruzədə filologiya elmləri doktoru, muzeyin direktoru Rafael Hüseynov, İrandan Rəhim Rəisniya və bir sıra nümayəndələr öz məruzələri ilə çıxış ediblər.
Biz Amerikada ədəbiyyatı tanıtdırmaq üçün tərcümələr etmişəm. Hətta bu muzeyin direktoru ilə birgə M. F. Axundovun külliyyətlərini dərc etdirmişik. Onun həm dramatik, həm də komidiyaları in gilis dilinə tərcümə eləmişik. Bundan başqa, A.A. Bakıxanovun "Gülüstəni- İrəm" əsərini, M.Ə. Sabirin bəzi şeirlərini, Mir Cəlalın hekayələrini və Molla Nəsrəddini də ingilis dilində çap etdirmişik. Bugünki konfransda demək olar ki, bütün Azərbaycanın mədəniyyətini bir araya toplayıb müzakirə olunur. Mən də öz növbəmdə M. F. Axundov və A.A. Bakıxanovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edəcəm".
Muzeyin direktoru Rafael Hüseynov öz məruzəsində ilk olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. R. Hüseynov onu da bildirib ki, muzeyin 70 illik yubileyi böyük elm və mədəniyyət bayramına çevrilib: "Həmin bayramın kondekstində bu gün konfrans keçirilir. Konfransın adının bu cür seçilməsi heç də təsadüfi deyil. Bu konfransa dünyanın bir sıra ölkələrindən- Almaniya, Fransa, ABŞ, Türkiyə, Rusiya və bir sıra yerlərdən alimlər qatılıb. Bununla yanaşı, Azərbaycanın elm və təhsil müəssisələrindən də nümayəndələrimiz bu komnfransda təmsil olunur. Bugünki konfransa 100-dən artıq məruzələr dinləniləcək. Məqsədimiz ondan ibarətdir ki, biz ilk olaraq ümumi mənzərəni görə bilək. Belə ki, dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanşünaslar ən çox hansı problemlərə diqqət yönəldirlərsə və onları araşdırmağı daha önəmli hesab edirlərsə biz də daha çox bu istiqamətdə çalışırıq. Onu da qeyd edim ki, konfransın materiallrı ayrıca kitabça halındahazırlanıb. Kitabça 3- azərbaycan, rus və ingilis dilində çap olunub. Düşünürəm ki bu konfrans Azərbaycanı tanıtmaq, təbliğ etmək və ölkəmizi öyrənmək istiqamətində həlledici mərhələlərindən biri olacaq. Burada həmçinin çoxlu gənc alimlər iştirak edir".
Konfrans məruzə ətrafinda çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB