Musiqi dünyasının nüfuzlu “Qremmi” mükafatında xeyli yenilik olacaq. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbər görə, 2019-cu ildə keçiriləcək 61-ci “Qremmi” mükafatının dörd kateqoriyasına namizədlərin sayı beşdən səkkizə artırılıb.
Qadın sənət adamlarına daha az mükafat verildiyi iddia edilərək tənqid olunan “Qremmi”yə bundan sonra daha çox qadının namizəd ola biləcəyi düşünülür. Mükafatda dəyişiklik “Ən yaxşı albom”, “Ən yaxşı səs yazısı”, “İlin mahnısı” və “Ən yaxşı musiqiçi” kateqoriyalarını əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB