Azərbaycan xalçası Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti 15-18 noyabr tarixində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında iştirak edir. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sessiya çərçivəsində bu gün Azərbaycan xalçasının Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.
Sessiyada çıxış edən nazir bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan Qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında "Azərbaycan xalçası" sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınıb.
Əbülfəs Qarayev onu da qeyd edib ki, ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin Reprezentativ siyahıya daxil edilməyə layiq görülüb: "Bugün biz Azərbaycan dövlətinin və həmçinin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB