Azərbaycan Turizm və Menecment Universitetinin 4 tələbəsi - Firuz Məcidzadə, Ərəş Paşayev, Məhəmməd İbrahimli, Murad Bilalov Çin Xalq Respublikasının Hubei Politexnik İnstitutu nəzdində fəaliyyət göstərən Hubei Peşə Texniki Kolleci və ATMU arasında bağlanan "Beynəlxalq otellərin idarəetməsi üzrə birgə sertifikasiya proqramı" çərçivəsində adıçəkilən ölkədə 5 aylıq istehsalat təcrübəsini uğurla davam etdirirlər. ATMU-nun mətbuat xidmətindən SİA-ya bildirilib ki, peşəkarlıq vərdişlərinin qazanılmasını şərtləndirən 5 aylıq istehsalat təcrübəsidə tələbələr mühitə adaptasiya məqsədi ilə adıçəkilən institutda bir sıra dərs və dərsdənkənar məşğələlərin dinləyicisi və Hubei TV-nin qonağı olublar. Çin dili, kalliqrafiya və kunq fu dərslərində iştirak edib,könüllü qanvermə aksiyasına qoşulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB