Fidan Hacıyeva noyabrın sonunda solo konsert verəcək - EKSKLÜZİV

Fidan Hacıyeva noyabrın sonunda solo konsert verəcək - EKSKLÜZİV

"İtaliya opera teatrlarının imperesarioları ilə müqavilə bağladım". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva bildirib. O vurğulayıb ki, imzalanan müqaviləyə görə İtaliyada "Karmen", "Aida" və "Trubadur" operalarında oynayacaq.

 

"Müqavilə bağladığım agentlik çox böyük bir qurumdur və onlar bütün dünya ilə əməkdaşlıq edirlər. İlk öncə obrazlarımı İtaliyanın şəhərlərində nümayişi təşkil olunacaq. Bu sırada birinci yerdə Karmen obrazı dayanır. Hər ay İtaliyaya gedib,  səfərlər çərçivəsində İtaliya dili və rejissorluq üzrə dərs alacam"-, deyə F. Hacıyeva əlavə edib.

 

Hər ay İtaliyaya gedəcəyinə baxmayaraq əsasən burada olacağını bildirən əməkdar artist İtaliyaya ancaq tamaşaların nümayişi zamanı gedəcək: "Artıq müqavilə həyata keçirilməyə başladıqdan sonra həmin agentlik dünya mətbuatının idarəçiliyini öhdəsinə götürəcək".

 

"Mənim çox böyük arzum var ki, La Skala səhnəsində "Aida", "Karmen" kimi operalarını italyan dilində ifa edim və Azərbaycandakı dostlarımın hər biri mənimlə birgə bu sevincli günümdə yanımda olsunlar"- deyə o bildirib. 

 

Bundan başqa, AZTV kanalı ilə böyük - "Klassika" layihəsinin olduğunu deyən F. Hacıyeva həm İtaliya, həm də ki Azərbyacanda olur.

 

Əməkdar artist qeyd edib ki, noyabrın 4-də Opera və Balet Teatrında Karmen operası nümayiş olacaq.

 

Noyabr ayının sonlarında solo konsertinin olacağını bildirən Fidan Hacıyeva konsertinə çox az adam- 60 nəfər çağıracağını nəzərdə tutub.

 

Qeyd edək ki, may ayında Fidan Hacıyevanın böyük konserti də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə