“Ömrün çəhrayı rəngi”

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Ömrün çəhrayı rəngi” sənədli televiziya filminin istehsalını başa çatdırıb. QSC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ekran işi Azərbaycan nəsrində dərin iz buraxmış yazıçı-jurnalist, uzun illər “Azərbaycan qadını” jurnalına rəhbərlik etmiş Xalidə Hasilovanın taleyindən bəhs edir.

Filmin ssenari müəllifi Sevinc İsmayılzadə, rejissoru Murad Quliyev, operatoru Elxan Rüstəmovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə