Sumqayıt, Lənkəran və Gəncədə kitabxanaçılar üçün keçirilən təlimlər başa çatıb- FOTO
Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində qısa müddətli təlimlər keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sumqayıt şəhərində keçirilən təlimlərdə respublikanın 20, Lənkəran şəhərində 14 , Gəncə şəhərində 23 şəhər və rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları iştirak ediblər.
Təşkil olunan təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, məsləhətçi Samir Abbasov, Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak ediblər.
Təlimləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri Nəzakət Rəhmanova, böyük metodist Ruhiyyə Namazova, baş metodist Aygün Hüseynova və aparıcı mühəndis-proqramçı Tural Qədirov aparıblar.
Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB