Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib FOTOLAR

Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M. Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Məktəbin simli və nəfəs alətləri şöbəsinin istedadlı şagirdlərinin ifasında Q.Qarayev “Vals”, İ.Qedjadze “Lastoçka”, V.Kerman “Palçı Rudi”, Kalinkoviç “Tarantella”, T.Şaverzaşvili “Noktürn”, İ.S.Bax “Prelüdiya və qavot” və Mendez “Xabanera” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib

Bütün xəbərlər Facebook səhifəmizdə