Noyabrın 21-də Heydər Əliyev adında Sarayda Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze konsert proqramı ilə çıxış edəcək. Bu barədə SİA-ya Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə məlumat verib. Məlumata görə, müğənni "Я жизнь не тераплю" (Mən həyatı tələsdirmirəm) adlı konsertlə tamaşaçıları sevindirəcək. Azərbaycanda sevilən və çoxsaylı pərəstişkarları olan gürcüstanlı müğənni Bakı səhnəsində tam yeni proqramla çıxış edəcək.
Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək konsertdə Vaxtanq Kikabidze populyar və sevilən mahnıları əsasən rus dilində ifa edəcək.
Məlumat üçün bildirək ki, müğənni sarayda ikinci dəfədir ki, konsert proqramı ilə çıxış edəcək. İlk konsert isə keçən ilin 8 mart- Beynəlxalq Qadınlar günündə olub. Əvvəlki konsertdən fərqli olaraq bu dəfə təşkilatçı sarayın özüdür.
Konsertin biletlərinin qiyməti yaxın vaxtlarda məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB