UNESCO-nun baş direktoru Dünya Radio Günü ilə bağlı müraciət yayıb
UNESCO-nun baş direktoru Odri Azuley 13 fevral - Dünya Radio Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
Bu barədə Dünya Radio Gününün rəsmi saytında məlumat dərc olunub. Müraciətdə builki günün radio və idman mövzusuna həsr edildiyi bildirir. Qeyd edilir ki, idman tədbirlərindəki ruh yüksəkliyini və həyəcanı, oyunların ədalətli keçirilməsini, komanda işini, idmanda bərabərliyi çatdırmaqda radio mühüm vasitədir. Radio həm oyun meydanında, həm də meydandan kənarda irqçi və ksenofobiya stereotiplərinə qarşı mübarizədə, habelə dialoq və dözümlülüyü, müxtəlifliyi inkişaf etdirməkdə kömək edə bilər.
Müraciətdə diqqətə çatdırılır ki, UNESCO qadın idmanının daha yaxşı işıqlandırılması, efirdə diskriminasiyaya qarşı mübarizə, idman kütləvi informasiya vasitələrində bərabər imkanların təşviqi məsələləri üzərində işləyir.
UNESCO-nun baş direktoru ictimaiyyəti radionun daha müstəqil və plüralist kütləvi informasiya vasitəsinə çevrilməsi uğrunda fəal olmağa, sülhün inkişafı məqsədilə idman radiosunun potensialını artırmaqda səy göstərməyə çağırır.
Qeyd edək ki, fevralın 13-nün Dünya Radio Günü kimi qeyd edilməsi 1946-cı il həmin gündə “BMT-nin radiosu”nun ilk dəfə efirə çıxması ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB