Azərbaycanlı musiqiçilər Beynəlxalq müsabiqədə

Azərbaycanlı musiqiçilər Beynəlxalq müsabiqədə

Gənc azərbaycanlı musiqiçilər Moskvada məşhur rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Raxmaninovun adını daşıyan gənc pianoçuların birinci beynəlxalq müsabiqəsində iştirak edir.

SİA-nın rus mətbuatına istinadən məlumatına görə, bəstəkarın anadan olmasının 145 illiyinə həsr olunan müsabiqəyə dünyanın 10-dan çox ölkəsindən 217 gənc musiqiçi qatılıb. Bu ifaçılar musiqi və incəsənət məktəblərinin, orta ixtisas musiqi məktəblərinin, kollec və ali məktəblərin tələbələridir.

Müsabiqənin laureatlarına 100 dollardan 5000 dollaradək pul mükafatı təqdim olunacaq.

Müsabiqə fevralın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə