“Miras” sənədli filmi 30-cu beynəlxalq kinofestivalda iştirak edəcək

“Miras” sənədli filmi 30-cu beynəlxalq kinofestivalda iştirak edəcək
Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi oktyabrın 25-dən 31-dək Rusiyanın paytaxtı Moskvada Rusiya Dövlət Kinematoqrafiya Universitetinin (keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) keçirdiyi 30-cu beynəlxalq kinofestivalda iştirak edəcək. SİA-nın məlumatına görə, əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq film oktyabrın 26-da nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, rejissor hazırda Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.

Festival çərçivəsində dünyanın ən nüfuzlu kino məktəblərinin tələbələrinin çəkdikləri 100-dən artıq film nümayiş olunacaq. Filmin ssenari müəllifi - Esmira Əyyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserlər Rəşad Qasımov və Zakir Musayevdir.

Qeyd edək ki, 2010-cu ildə "Bir addım" studiyasında istehsal olunan film daha bir neçə kinofestivala dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə