Vasif Adıgözəlovun 75 illik yubileyi Musiqili Komediya Teatrında da qeyd olunacaq
Mədəniyyət və Turizm Nazirliyi görkəmli bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovun anadan olmasının 75 illiyi münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Bu münasibətlə oktyabrın 30-da, saat 19-00-da bəstəkarın Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulan "Aldın payını, çağır dayını" (libretto müəllifi Anar) tamaşası nümayiş olunacaq. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib.
Tamaşada əsas rollarda xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Gülnar Salmanova, Ramiz Məmmədov və Əkbər Əlizadə, aktyorlardan Novruz Qartal, Nahidə Orucova, Gülçöhrə Abdullayeva, Nərgiz Kərimova, Fərid Əliyev və başqaları çıxış edəcəklər. Orkestrin dirijor pultu arxasında isə əməkdar artist Ziya Bağırov dayanacaq.
Həmin gün eyni zamanda, bəstəkarın həyat və yaradıcılığı barədə sənətşünaslıq namizədi, musiqişünas Ceyran Mahmudova tamaşa öncəsi çıxışı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan "Vasif Adıgözəlov - 75" sərgisinin nümayişi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB