Kiçik həcmli hekayələr və bir pərdəli pyeslər müsabiqəsinin seçim turu başa çatıb
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə iyun ayında start verilən kiçik həcmli hekayələr və bir pərdəli pyeslər müsabiqəsinin seçim turu artıq başa çatıb. Bu barədə SİA-ya idarədən məlumat verilib.
Məlumata görə, müsabiqə xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin inkişafı, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq, gənc yazıçıların bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək, təbliğ etmək məqsədi daşıyır.
Müsabiqədə iştirak etmək üçün Azərbaycan və ya rus dillərində 25.000 (iyirmi beş min) işarədən artıq olmayan, əvvəllər heç bir mətbu orqanında nəşr olunmayan bir pərdəli pyes və hekayələr 1 oktyabr 2010-cu il tarixinədək qəbul edilib.
Müsabiqənin şərtlərinə uyğun əsərlərini təqdim edən müəlliflər arasında Vüqar Haqverdiyev, Nadiya Qafarova, Sevinc Əliyeva, Arzu Soltan, Qardaşxan Fərzi, Rusiya Federasiyası Çelyabinsk şəhərindən Eqor Çerlak və eləcə də Xeyrullayeva Şəbnəm, Rüstəmova Günel, Hüseynov Samir kimi gənc yazarları qeyd etmək olar.
Artıq müsabiqəyə qatılan əsərlər qiymətləndirilmə üçün yazıçı-dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Dosenti Əli Əmirli, teatrşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Dosenti Aydın Talıbzadə, yazıçı-publisist, əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, yazıçı-dramaturq, A.Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Dosenti, əməkdar artist Azad Şükürovdan ibarət professional münsiflər heyətinə təqdim olunub.
Təşkilat komitəsi iştirakçı əsərlərin çox sayda olmasını nəzərə alaraq, tam dəqiq və düzgün qiymətləndirmə üçün münsiflər heyətinə əlavə 15 gün verilməsini qərara alıb.
Mükafatlar:
Birinci yer - 1-ci dərəcəli diplom və 500 manat; İkinci yer - 2-ci dərəcəli diplom və 300 manat; Üçüncü yer - 3-cü dərəcəli diplom və 200 manat; Üç həvəsləndirici hədiyyə.
Ən yaxşı əsərlər www.baku-art.az saytında dərc ediləcək, kiçik həcmli pyeslər toplusunda yer alacaq və bu topludan seçilən əsərlər xalq teatrları və dram dərnəkləri tərəfindən səhnələşdiriləcək.
Qeyd edək ki, mükafatların təqdimat mərasimi dekabr ayının əvvəlində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB