26 oktyabr - 1 noyabr tarixlərində Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, foto-sərgilər təşkil ediləcək. Mədəniyyət Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha da yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlmsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının gənc və istedadlı aktyor-vokalisti Ramil Qasımov Azərbaycan nümayəndə heyətinin tərkibində oktyabrın 26-da Mərakeşə yola düşəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib.
Məlumata görə, solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Ramil Qasımov 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində teatrda tamaşaya qoyulan "Hələlik" (E.Sabitoğlu, R.Əhmədzadə), "O olmasın, bu olsun" (Ü.Hacıbəyli), "Şeytanın yubileyi" (O.Rəcəbov, A.Babayev), "Milyonçunun dilənçi oğlu" (S.Ələsgərov, Ş.Qurbanov), "Aldın payını, çağır dayını" (V.Adıgözəlov, Anar), "Amerikalı kürəkən" (R.Mirişli, M.Haqverdiyev) kimi tamaşalarda əsas partiyaları ifa edərək yadda qalan obrazlar silsiləsi yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB