Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına kütləvi kitabxanada “Şəhid Vətən üçün həmişə yaşar” adlı tədbir keçirilib. İdarədən SİA-ya bildirilib ki, şəhidlərimizin orta məktəb şagirdlərinə tanıdılması məqsədilə təşkil olunan tədbirdə Aprel şəhidləri - Müşfiq Orucov və Rəşad Niftalının ömür yolundan və göstərdikləri şücaətdən danışılıb.
Valideynlərin, müəllimlərin və şagirdləri iştirak etdikləri mərasimdə aprel şəhidlərinin tanıtım videosu nümayiş olunub.
Kitabxananın direktoru A.Kərimova çıxış edərək şəhidlərimizin qəhrəmanlığından söhbət açıb.
Şəhid ataları Şakir Niftalı və Arif Orucov çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüb, onların torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmasından qürur duyduqlarını söyləyiblər.
Tədbirdə şəhidlər haqqında yazılmış “Seysulanda döyüş” kitabı məktəbin və idarənin kitabxanasına təqdim olunub.
Sonda şagirdlərin ifasında şəhidlərə həsr olunmuş mahnı və şeirlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB