Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, ölkəmizin Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. SİA-nın məlumatına görə, bu günün əhəmiyyətinin ictimaiyyətə çatdırılması və təbliği məqsədilə, hər il 27 sentyabr tarixində turistlərin ən çox maraq göstərdiyi və ziyarət olunan tarix-mədəniyyət qoruqlarında “Açıq qapı” günü elan edilir.
Ənənəvi olaraq bu il də Turizm Günündə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü keçirilmiş və sərgi təşkil olunub. Qoruğun rəssamları milli və Qobustan qayaüstü təsvirli ornamentlərdən ibarət müxtəlif əl işlərini sərgiləməklə yanaşı buranı ziyarət edən turistlər üçün master-klasslar da təşkil ediblər. Bu master-klasslara turistlər böyük maraqla qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB