Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümumdünya Turizm Günü və “Turizm işçiləri günü” peşə bayramı münasibətilə seminar keçirilib. SİA-nın məlumatına görə, ATMU-da “Turizm işçiləri gününün qeyd olunması və turizm təhsilinə başlayan tələbələrə tövsiyyələr” mövzusuna həsr olunan seminarda ali təhsil müəssisəsinin professor -müəllim heyəti, 2017/2018-ci tədris ilində Turizm və qonaqpərvərlik fakültəsinə qəbul olan tələbələr, Bakı Turizm Peşə Məktəbinin rəhbərliyi və müvafiq ixtisas üzrə oxuyan şagirdlər iştirak ediblər.
ATMU-nun rektoru İlham Mədətov açılış nitqində 1979-cu ildən etibarən 27 sentyabr bütün dünyada “Ümumdünya Turizm günü” kimi, 2016-cı ildən başlayaraq ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərancamı ilə Azərbaycanda bu gün həm də turizm işçilərinin peşə bayramı kimi qeyd olunduğunu diqqətə çatdırıb. Son dövrlərdə ölkəmizdə turizm sahəsində aparılan islahatlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tanıtım mərasimləri Azərbaycanın yüksək səviyyədə təbliğinə və turizmin inkişafına səbəb olduğunu deyib.
Rektor daha sonra qeyd edib ki, ölkənin sürətli iqtisadi inkişafının davamlılığının təmin olunması strategiyası çərçivəsində "Qara qızılı insan qızılına çevirmək" ideyası ölkədə təhsilin bütün pillələrində ciddi və köklü dəyişikliklərin həyata keçirilməsini zərurətə çevirib. Deməli, qeyri neft sektorunda xüsusi çəkiyə malik turizmin dinamik inkişafına təkan verə bilən yüksək ixtisaslı, peşəkar kadrlar ordusu hazırlamaq tələbi ATMU ailəsinin ümdə vəzifəsi olaraq qalır. Təhsil, təlim, təcrübə, tədqiqat modelinə əsaslanmaqla bu günün tələbəsi olan siz gənclərdən yaxşı oxumaq, nüfuzlu otel və turizm sənayesi müəssisələrində peşəkarların təcrübəsindən səmərəli faydalanmaq tələb olunur. İnanırıq ki, tələbələrimiz həm valideynlərinin, həm də professor-müəllim heyətinin sizlərə olan inamını layiqincə doğruldacaq.
Tədbirdə ATMU-nun müvafiq struktur rəhbərləri və BTPM-nin direktoru Neylüfər Kərimova tələbə və şagirdlərə öz tövsiyyələrini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB