“İslamda tolerantlıq və vəhdət” adlı maarifləndirici tədbir keçirilib FOTOLAR

“İslamda tolerantlıq və vəhdət” adlı maarifləndirici tədbir keçirilib FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağsu şəhər "Nuran Xatun" məscidinin "İslam həmrəyliyi və milli mənəvi dəyərlərin təbliği" birgə layihəsi çərçivəsində rayon Mərkəzi Kitabxanasında "İslamda tolerantlıq və vəhdət" adlı maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın Şamaxı Regional şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə nümayəndələri, eləcə də rayon İcra Hakimiyyətinin əməkdaşları, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Ağsu rayonu üzrə kitabxana və klub müəssisələrinin işçiləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Çıxışlarda qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir. Ölkəmizdə 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması məhz Azərbaycan dövlətinin İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə