Yay düşərgəsinin növbəti tədbiri heykəltəraşlığa həsr ediləcək
Avqustun 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri heykəltəraşlığa həsr ediləcək. SİA-nın məlumatına görə, mövzu ilə bağlı düşərgədə təşkil ediləcək müvafiq dərslər tanınmış heykəltəraş Novruz Məmmədov tərəfindən aparılacaq.
8-17 yaşlı gənclərin iştirak edə biləcəyi proqrama qatılmaq üçün info@yarat.az adlı elektron ünvana müraciət olunmalıdır.
Proqramın son qeydiyyat tarixi avqustun 12-də başa çatır. Qeydiyyat ödənişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə