Bu gün xalq artisti Rasim Balayev üçün özəl gündür. SİA-nın məlumatına görə, sənətkarın 69 yaşı tamam olur.


Aktyor 1948-ci ildə Ağsu rayonunda dünyaya gəlib.


1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərərək Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rola çəkilib.

Daha sonra o, "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki obrazları ilə tamaşaçıların sevgisini qazanıb. 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub, Azərbaycan Dövlət Mükafatı laureatıdır.


Bir sıra orden və medallarla təltif edilib.

Ad gününüz mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB