Naxçıvanda sakinlər tərəfindən muzeylərə eksponatların verilməsi ənənə halını alıb
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə rayon sakinləri tərəfindən 30 yeni eksponat hədiyyə edilib.
Maddi-mədəniyyət nümunələrini muzeyə Şahbuzkənd sakinləri Nihad Quliyev, Ağa Ağayev, Külüs kənd sakini Vaqif Bayramov təqdim edib. Eksponatlar arasında xalça, cecim, kilim, mis qablar, həvə, çıraq, tərəzi, kasa, badya, qandal və başqa maddi-mədəniyyət nümunələri var.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova bildirib ki, son ilərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri bizə yaxından köməklik göstərirlər. 2016-cı ildə muzeylərə 1500-dən çox, bu ilin 6 ayı ərzində isə 759 yeni eksponat daxil olub.
Nazir maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə sakinlərə təşəkkürünü bildirib.
Muzeyin direktor əvəzi Əli Musayev bildirib ki, tariximizin qorunub yaşadıldığı bu mədəniyyət ocaqlarının zənginləşdirilməsində hər bir vətəndaş təşəbbüskarlıq göstərməli və qədim məişət əşyalarını muzeylərə təqdim etməklə bu işə öz töhfəsini verməlidir.
Sonda tədbir iştirakçıları Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Novruz Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB