İyunun 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində canlı musiqi axşamı baş tutacaq. SİA-nın məlumatına görə, tədbirdə Araz Hümbətli və Elvin Mehmanlının canlı ifaları səslənəcək.
“Səs eksperimentləri” adlanan layihədə İfaçıların əsas məqsədi - dinləyiciyə musiqinin etnik, klassik, anderqraund janrlarının qarışığını çatdırmaqdır.
Qeyd edək ki, tədbirdə ilk dəfə aşıq mahnıları rok, blyuz və psixodelik janrları ilə sintez edilmiş formada nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB