Əbülfəs Qarayev: "Bu il Azərbaycana 956 min turist gəlib"

Milli Turizm Təbliğat Bürosunun gəlmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüş keçirilib
Əbülfəs Qarayev: "Bu il Azərbaycana 956 min turist gəlib"

Milli Turizm Təbliğat Bürosunun gəlmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ilə nisbətən xaricidən gələn turistlərin sayının bu il çox olacağını bildirib: "Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir”.

Əbülfəs Qarayev əlavə edib ki, “Formula-1” yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi dolur: “Artıq sifarişlər verilib. Bundan əlavə olaraq, körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda dincələ bilərlər”.

Nazir rəqəmləri də açıqlayıb: "Keçən ilin may ayında Azərbaycana 174 min turist gəlibsə, bu il rəqəm 211 min olub. Ümumi 5 ay ərzində keçən il 768 bu il 956 min turist gəlib. Bu 200 mindən çox turist artımı deməkdir. Viza rejiminim sadələşdirilmsi bu artıma xüsusi təsir göstərib".

Bütün xəbərlər Facebook səhifəmizdə