Namiq Zeynalov psixoloji mövzuda film çəkdi

Gənc rejissor Namiq Zeynalov psixoloji mövzuda “Xülya” adlı qısametrajlı bədii film çəkib
Namiq Zeynalov psixoloji mövzuda film çəkdi

Gənc rejissor Namiq Zeynalov psixoloji mövzuda “Xülya” adlı qısametrajlı bədii film çəkib. Rejissor “facebook” səhifəsində filmin tezliklə tamaşaçılara təqdim olunacağını bildirib. SİA-nın məlumatına görə, film fiziki qüsuru, psixoloji problemləri olan insanın həyata baxışından bəhs edir. Onun hazırkı durumunda baş verən hadisələr bəzən doğmaları tərəfindən belə normal qarşılanmır.

Mərhum rejissor Şahin Zəkizadənin xatirəsinə ithaf olunan filmin ssenari müəllifi gənc yazıçı Rüstəm Musayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə