“Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili”
Quba rayonunda fəaliyyət göstərən “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsi çərçivəsində ilk təlimini keçirilib. SİA-nın məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunub.
Təlimdə İctimai Birliyin sədri Fatimət Ağamirzəyeva layihə və onun məqsədindən söhbət açılıb.
F.Ağamirzəyeva xalqımızın əsrlər boyu qoruduğu və yaşatdığı qədim sənət növü olan xalçaçılıq tarixi, bu sənətin öyrənilməsi, unudulmaqda olan xalça naxışları haqqında ətraflı məlumat verib.
Sonra xanımlara xalçaların toxunma qaydaları nümayiş etdirilib və onların xalça toxuma texnikasına diqqət yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB