Firəngiz Əlizadənin 70 illik yubiley gecəsi keçiriləcək

Firəngiz Əlizadənin 70 illik yubiley gecəsi keçiriləcək

Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı Firəngiz Əlizadənin 70 yaşı tamam olması münasibətilə yubiley gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınamış, opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Onun "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Qraniza" baletləri, müxtəlif ansambl tərkibi üçün "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron", "Silk road", violonçel və orkestr üçün konsert və s. əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə