Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin tələbələrinin konserti baş tutub. SİA-nın məlumatına görə, son zamanlarda gənclərin təbliğ olunması, klassik musiqisevərlərin məhz bu zalda bir araya gəlməsinin artıq tez-tez şahidi oluruq. "Mədəniyyət" kanalının, Azərbaycan Radiosunun və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu layihədə dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Şostakoviç, Vaqner, Raxmaninov, Popper, Yoaxim kimi bəstəkarların bir-birindən maraqlı əsərləri ilə çıxış edən tələbələr tamaşaçılar tərəfindən gurultulu alqışlanıb.
"Kamera Musiqisi Axşamı"nın sonunda isə professor Zəhra Quliyevanın bədii rəhbərliyi ilə "Detaşe" ansamblı öz ifasını klassik musiqisevərlərə təqdim edib. Dünya klassiklərinin ardınca sonda görkəmli bəstəkarımız Qara Qarayev və Musa Mirzəyevin musiqisi səslənib.
Tədbirdə iştirak edən tələbələrin 1,2,4-cü kurs tələbələri olmaqlarına baxmayaraq hər birinin ifasını yüksək qiymətləndirmək olar. Yüksək hazırlıq və məsuliyyətin dərk olunaraq icra olunması hər bir iştirakçının ifasından sonra səslənən alqışlarla bir daha qiymətləndirilməsi buna əyani sübutdur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB