Azərbaycanlı yazıçının kitabı Türkiyədə çap olundu

Azərbaycanlı yazıçının kitabı Türkiyədə çap olundu

Əsərlərini ləzgi və Azərbaycan dillərində qələmə alan yazıçı Sədaqət Kərimovanın bu günlərdə Türkiyədə "Ləzgiyə" adlı kitabı işıq üzü görüb. SİA-nın məlumatına görə, Bursanın "Star Ajans" nəşriyyatında çap olunmuş həmin kitaba müəllifin Azərbaycan oxucuları tərəfindən sevilən "Hal" romanı, "Qürub", "Bir yaz gecəsi" povestləri və "Ləzgiyə" pyesi daxil edilib. Əsərləri Azərbaycan dilindən türk dilinə izmirli tərcüməçi Abdulla Qubalı çevirib. "Ön söz"də yazıçının çoxşaxəli yaradıcılığı haqqında məlumat verilib.

Kitabın Bursa və Balıkesir şəhərlərində təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə