Bakıda türk şairinin xatirəsi anılacaq

Bakıda türk şairinin xatirəsi anılacaq

Bakıda türk dünyasının görkəmli şairi Məmməd Akif Ərsoyun xatirəsinə həsr olunmuş "İstiqlal və istiqbal şairi Məmməd Akif Ərsoy" adlı ədəbi-bədii gecə təşkil olunacaq. SİA-nın məlumatına görə, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşəcək tədbir Yunis Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq. Gecədə görkəmli şairin həyat və yaradıcılığından danışılacaq, türk ədəbiyyatının formalaşmasındakı xidmətləri vurğulanacaq.

Həmçinin, gecədə şairin şeirləri səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə