Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də saat 11.00-də Ağdaşda vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, rayondakı Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1) keçiriləcək qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdabdan olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə