Nazir müavini Turizm Etikası üzrə Dünya Komitəsinin iclasında FOTOLAR
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Madriddəki qərargahında "Turizm etikası üzrə Konvensiya"nın hazırlanması üçün yaradılmış İşçi qrupunun ikinci iclasında iştirak etmək məqsədilə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyada səfərdə olub. SİA-nın məlumatına görə, sözügedən qərargahda Turizm Etikası üzrə Dünya Komitəsinin 18-ci iclası keçirilmişdir. Keçirilən iclasın əsas məqsədi sözügedən İşçi qrupunun ilk iki görüşünə dair hesabatların dinlənilməsi, eləcə də növbəti görüşlərə dair müvafiq rəy və təkliflərin verilməsi olub.
İclasda BMÜTT-nin Baş Katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən Komitənin üzvləri və 2016-cı ilin 25 aprel tarixində İşçi qrupunun Madrid şəhərində keçirilən ilk iclasında üzvlər tərəfindən yekdilliklə sözügedən Qrupun sədri seçilmiş mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib.
İclas zamanı nazir müavini İşçi qrupunun ilk iki görüşünə dair hesabatları sədr qismində Komitə üzvlərinə təqdim edib. Hesabat çərçivəsində İşçi qrupunun fəaliyyəti, görüşlər zamanı təklif edilən əsas müddəalar, "Turizm etikası üzrə Konvensiya"nın layihəsinə edilmiş əsas dəyişikliklər və gələcəkdə atılacaq addımlar haqqında ətraflı məlumat təqdim edilib. Hesabat təqdim edildikdən sonra, nazir müavini Komitə üzvlərinin İşçi qrupunun fəaliyyətinə dair müvafiq suallarını cavablandırıb, daha sonra isə mövzu ətrafında geniş müzakirələr aparılıb.
Xatırladırıq ki, "Turizm etikası üzrə Konvensiya" turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirərək, BMÜTT-nin ilk Konvensiya sənədi olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB