"Bizim Kino Günləri 2017"də ilk olaraq hansı film nümayiş olunacaq?
Bu gündən etibarən "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yarımçıq xatirələr" bədii filminin nümayişinə başlanılır. SİA-nın məlumatına görə, Elxan Cəfərovun hərbi-vətənpərlik mövzusunda lentə alınan yeni filminin nümayişi Nizami Kino Mərkəzində, "Park Cinema", "CinemaPlus" kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq.
Filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.
Qeyd edək ki. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB