Tempus proqramı çərçivəsində seminar-treninq keçirilib

Tempus proqramı çərçivəsində seminar-treninq keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin "Mehmanxana və restoran biznesi" kafedrasının təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə Tempus proqramı çərçivəsində seminar-treninq keçirilib. SİA-nım məlumatına görə, Portuqaliyalı məruzəçi Maria Josenin moderatorluq etdiyi seminar–treninqdə, eyni zamanda LMPH layihəsinin icra müddəti, açıq dərsin təşkili metodologiyası, co-animasiya, turizmdə qastronomiyanın əhəmiyyəti və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tempus proqramının səmərəli fəaliyyətini təmin etməkdən ötrü ölkəmizə səfər edən Portuqaliyada LMPH layihəsinin direktoru Antonio Dias, Anna Rita və məruzəçi Maria Jose ATMU-da rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov tərəfindən qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə