Bu gün tanınmış şair İlyas Tapdıq son mənzilə yola salınıb. SİA-nın məlumatına görə, mərhumla vida mərasimi Təzəpir məscidində baş tutub. Vida mərasimində şair-yazıçılar, mərhumun qohumları, ailə üzvləri iştirak edib.
Vida mərasimində çıxış edən dramaturq Firuz Mustafa bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib.
Yazıçı Əfqan İlyas Tapdığın ölümünə inana bilmədiyini söyləyərək, mərhuma Allahdan rəhmət diləyib.
Vida mərasimindən sonra İ.Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunub.
Qeyd edək ki, İ. Tapdıq dekabrın 25-də axşam saatlarında evində vəfat edib. O, müğənni Şəbnəm Tapdığın atasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB