“Anadolu rəngləri” Konsert

Dekabrın 23-də Heydər Əliyev Sarayında "Anadolu rəngləri" adlı konsert proqramı təqdim olunacaq.

SİA-nın məlumatına görə, iki ölkə arasındakı mədəni əlaqələr çərçivəsində baş tutacaq konsert Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq.

Konsertdə hər iki qardaş xalqın milli rəqsləri təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə