Bakıda “Sülh istəyirik”

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Sülh istəyirik" adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, Türkiyənin "Yalnızca Barışa Tarafız" Təşkilatının dəstəyi ilə reallaşıb. Sərgidə 80-dək fırça ustasının 100-dən çox sənət əsəri nümayiş olunur.

Hər il dekabrda ənənəvi olaraq təşkil olunan ekspozisiyada yer alan sənət əsərləri dünyada sülhün, sabitliyin, əmin-amanlığın, tolerantlığın, humanizm və xeyirxahlığın təbliğinə yönəlib.

Ekspozisiyada paytaxtla yanaşı, regionlardan olan fırça ustalarının əsərləri də sərgilənir. Layihənin ələqaləndiricisi Pərviz Əsədovdur.

Sərgi üç gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə