"Azərbaycanın tarixi silahları" FOTOLAR - SƏS TV

"Azərbaycanın tarixi silahları" FOTOLAR - SƏS TV

Bu gün Azərbaycan Milli Kitabxanasında "Azərbaycanın tarixi silahları" adlı kitabın təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və başqaları iştirak edib.

Tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov "Azərbaycanın tarixi silahları" adlı kitab haqqında fikirlərini bildirib: "Bu kitab bizə Azərbaycan silahlarının tarixini öyrədir. Bu kitab milli dəyərlərimizin ortaya çıxmasına kömək edir. Mədəniyyət və Turizm Nazirliyinə "Azərbaycanın tarixi silahları" adlı kitaba göstərdikləri qayğıya görə təşəkkür edirəm".

Tədbirdə söz alan Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev adıçəkilən kitabın Azərbaycan üçün önəmli olduğunu diqqətə çatdırıb: " "Azərbaycanın tarixi silahları" adlı kitabın təqdimatına yığışmışıq. Bu kitab Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətə göstərdiyi qayğı nəticəsində ərsəyə gəlib. Ələxsus da aprel döyüşlərindəki əsgərlərin igidliklərindən sonra bu kitabın yazarları həvəsə gəlib, sözügedən kitabı ortaya çıxarmağı qərara aldılar. "Azərbaycanın tarixi silahları" adlı kitabda son 500 il ərzində silahlarının tədqiqatı geniş yer alıb. Kitabda bu silahların bəzilərinin fotoları, istifadə qaydaları, keyfiyyətləri haqqında kifayət qədər geniş məlumat verilib. Azərbaycan xalqının mübarizliyi, tarixi dəyərlərə verdiyi qiymət kitabda faktlarla sübuta yetirilib. Çünki böyük tarixi şəxsiyyətlərdən miras qalmış silahlar, o cümlədən keçmiş əsrlərdə aparılan döyüşlərdə istifadə olunan çoxsaylı silah növləri, onların Azərbaycanda hazırlanması dəlalət edir ki, Azərbaycan hələ lap qədim zamanlardan öz ölkəsində bu silahları kütləvi şəkildə istehsal edib, torpaqlarını qorumaq məqsədi ilə rəşadətli döyüşlər aparıb. "Azərbaycanın tarixi silahları" adlı kitabın müəllifləri Nəciməddin Sadıqov, Azad Nəmmədov, Fuad Cavadov, Aqil Minbaşıyev bu kitabın ərsəyə gəlməsində əlindən gələni əsirgəməyiblər. Ümid edirəm ki, bu kitab müxtəlif dillərə tərcümə olunacaq. "Azərbaycanın tarixi silahları" adlı kitab xalqımızın tarixi səhifəsində layiqli yerini tapacaq".

Qeyd edək ki, tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə