Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə təşkil olunmuş "Qış möcüzəsi-2" adlı əyləncəli proqrama start verib. SİA-nın məlumatına görə, teatr yeni il qabağı rayonun bir neçə kənd və qəsəbəsində uşaqları yeni il əyləncəli proqramı ilə sevindirib. Ssenari müəllifləri teatrın direktoru Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimova olan bayram şənliyinin quruluşçu rejissoru Asif Şirinov, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada müxtəlif nağıl qəhrəmanlarının, cizgi film simvollarının Maşa və Ayı, Dovşan və Canavarın ən əsası isə Şaxta baba və Qarqızın maraqlı çıxışları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Onlarda bayram əhval-ruhiyyəsi yaradıb.
Məlumat üçün bildirək ki, teatr 10 yanvar 2016-cı il tarixinədək rayonun işğaldan azad olunmuş kəndlərində və yeni salınmış qəsəbələrində "Qış möcüzəsi-2" adlı əyləncəli proqram ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB