Ulu Öndərin xatirəsinə həsr olunmuş idman turniri və inşa yazı müsabiqəsi
Mingəçevir Turizm Kollecində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, bu münasibətlə "İdman və GÇH" fənn komissiyasının təşəbbüsü ilə tələbələr arasında dama və şahmat yarışı təşkil edilib. Yarışda müxtəlif qrupları təmsil edən 16 nəfər tələbə iştirak edib. Dama oyunu üzrə yarışda BT-41 qrupunun tələbəsi Süleymanov Nail bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülüb. 2-ci yerin sahibi isə yalnız final görüşündə məğlub olan NT-12 qrupunun tələbəsi Salehli Emin olub. Şahmat üzrə yarışda isə BT-41 qrupunun tələbəsi Qasımov Musa rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. Yarışlar kollecin idman müəllimləri Elşad Hüseynov və Muraz Məmmədovun təşkilatçılığı və nəzarəti altında keçirilib.
İdman yarışları və inşa yazı müsabiqəsi qaliblərinə 12 dekabrda kollecdə keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-nəzəri konfrans zamanı fəxri fərman və diplomlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB