Dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vurulub. SİA-nın məlumatına görə, toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.
İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi elan olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.
Sonda qarşılıqlı hədiyələr təqdim olunub.
(2).jpg)
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB