Komitə sədri: "Büdcədə mədəniyyət sahəsinə diqqət artırılmalıdır"
"Digər ölkələrdə olduğu kimi Azərbaycanda da büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi yanaşma mövcuddur. Lakin müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətli və ona hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır". Sİa-nın xəbərinə görə. bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov deyib.
Komitə sədri bildirib ki, mədəniyyət ölkənin, xalqın simasıdır: "Buna görə də, büdcə formalaşdırılarkən mədəniyyətə ənənəvi yanaşmadan əl çəkməli, bu sahəni önə çəkməli və bu sahəyə diqqət yetirməliyik. Mədəniyyətə diqqət ayrılmalıdır. Ona görə ki, bu sahə digər sahələrdən ciddi fərqlənir. İqtisadiyyatda yaranan problemi, çatışmazlığı qısa müddətdə bərpa etmək olur, lakin təhsil və mədəniyyət sahəsində belə vəziyyət yarandıq onun bərpa üçün illər tələb olunur. Bu baxımdan hesab edirəm ki, Maliyə Nazirliyi mədəniyyət sahəsinə vəsait ayırarkən bu məsələri nəzərdə saxlamalıdır".
R.Hüseynov əlavə edib ki, düşmənlərimiz torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimiz işğal ediblər: "Nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır. Buna yol vermək olmaz. Mədəniyyət ocaqlarının bağlanması ölkədə mədəni düşüncənin formalaşmasına mənfi təsir göstərir. Teatrın bağlanmasına da yol vermək olmaz. Onsuz da onlar çox da yüksək maaş almırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB